Alüminium Pəncərə və Qapı Sürgülü açılan pəncərə Qapaqlı Şüşə Vitraj Silikonlu Şüşə Vitraj Panel Şüşə Vitraj Alüminium Skylight sistemi Spider Şüşə cəbhələr Alüminium daxili arabölmə sistemi Alüminium Şüşə Məhəccər Mexaniki sistem Kompozit üzləmə
Alüminium Pəncərə və Qapı
Müasir dizayn / Yüksək izolyasiya /Uzunömürlü /Geniş forma imkanları /Geniş panorama
Sürgülü açılan pəncərə
Geniş açılma / Panoramik mənzərə / Səssiz mexanizm / Yüksək izolyasiya / Terras üçün ideal seçim
Qapaqlı Şüşə Vitraj
Yüksək izolyasiya / Statik dayanıqlılıq / Estetik forma imkanı / Geniş panorama
Silikonlu Şüşə Vitraj
Tam şüşə səth / Yüksək statik müqavimət / Yüksək izolyasiya
Panel Şüşə Vitraj
Hazır modullar / Sürətli montaj / Yüksək izolyasiya / Enerji effektifliyi / Yüksək mərtəbəli binalar üçün ideal seçim
Alüminium Skylight sistemi
Maksimum təbii işıqlandırma / Sərbəst forma imkanı / Yüksək izolyasiya / Geniş tavan modellemə
Spider Şüşə cəbhələr
Paslanmaz tutuculu şüşə fasad / Tam vizual açıqlıq / Çoxbucaqlı forma imkanı
Alüminium daxili arabölmə sistemi
Məkanların şüşə arakəsmələri / Yüksək səs izolyasiyası / Geniş qapı çeşidləri / Minimalist formalar
Alüminium Şüşə Məhəccər
Şüşə-Alüminium-Paslanmaz Məhəccər / Tam təhlükəsiz və dayanıqlı / Temperli və Laminə şüşələr / Minimalist formalar
Mexaniki sistem Kompozit üzləmə
Bol çeşidli fasad üzlük materialları / Alüminium alt konstruksiya / Daş yunu və Tyvek izolyasiyası / Yüksək statik dayanıqlı / Uzunömürlü

BİZ SİZƏ TƏKLİF EDİRİK:

ARCHINEM, müasir memarlıq tələblərinə uyğun innovativ fasad sistemlərinin layihələndirilməsi, istehsalı və quraşdırılması sahəsində fəaliyyət göstərir. Məqsədimiz yüksək keyfiyyət, etibarlılıq və davamlılıq prinsiplərinə əsaslanan həllər təqdim etməkdir. Bazarın tələbinə uyğun olaraq, aşağıdakı xidmətləri təklif edirik.

Fasad işlərinin Layihələndirilməsi və texniki hazırlığı

Fasad materiallarının istehsalı

Fasad elementlərinin quraşdırılması

Fasad işləri üzrə consalting xidməti

Müasir memarlıq tələblərinə uyğun innovativ fasad sistemlərinin layihələndirilməsi, istehsalı və quraşdırılması sahəsində fəaliyyət göstəririk.  Məqsədimiz yüksək keyfiyyət, etibarlılıq və davamlılıq prinsiplərinə əsaslanan həllər təqdim etməkdir.

VİZYONUMUZ

Fasad mühəndisliyi və layihə idarəetməsi sahəsində etibarlı və qabaqcıl şirkətlərdən biri kimi ən yüksək xidməti göstərmək.

KEYFİYYƏT PRİNSİPİ

Bütün layihələrdə beynəlxalq standartlara uyğun materiallardan istifadə edərək uzunömürlü və dayanıqlı fasad sistemləri təmin etmək.

İNNOVASİYA

Yeni texnologiyaları və müasir mühəndislik həllərini tətbiq edərək daha effektiv və estetik fasad sistemləri yaratmaq.

PEŞƏKARLIQ

Təcrübəli mühəndislər və mütəxəssislərdən ibarət komandamız hər layihəyə fərdi yanaşma tətbiq edir.

ETİBARLILIQ

Layihələrin planlaşdırılması, istehsalı və quraşdırılması mərhələlərində müştərilərimizə tam şəffaf və etibarlı xidmət təqdim edirik.

MİSSİYAMIZ

Müştərilərimizə yüksək keyfiyyətli, təhlükəsiz və innovativ fasad sistemləri təqdim edərək müasir memarlıq layihələrinin uğurla həyata keçirilməsinə töhfə vermək.

Binalarınızın fasadının layihələndirilməsi, texniki hesabatların hazırlanması və qiymətləndirilməsi üçün bizimlə əlaqə yaradın.

EVİNİZ ÜÇÜN

İŞIQLI MƏKANLAR

Alüminium pəncərə və qapı sistemləri müasir memarlığın ən çox seçilən həllərindən biridir. Yüksək möhkəmlik, uzunömürlülük və estetik görünüşü ilə bu sistemlər həm yaşayış, həm də kommersiya məkanlarında geniş tətbiq olunur. Xüsusilə, alüminium sistemlər böyük şüşə səthlər yaradaraq interyerə maksimum təbii işıq daxil olmasına imkan verir və məkanları daha geniş, daha işıqlı göstərir.

Alüminium pəncərə və qapılar istilik və səs izolyasiyası baxımından da effektivdir. Yeni texnologiyalar sayəsində enerji itkiləri minimuma endirilir, bu isə həm komfort, həm də qənaət deməkdir. Fərdi layihələndirmə imkanı ilə ölçü, rəng və dizayn seçimləri tam şəkildə məkanınıza uyğunlaşdırılır.

✔ Müasir və premium dizayn həlləri
✔ Yüksək davamlılıq və korroziyaya qarşı qoruma
✔ Maksimum təbii işıq və panoramik görüntü
✔ Enerji səmərəliliyi və yüksək izolyasiya göstəriciləri
✔ Təhlükəsiz və etibarlı mexanizmlər
✔ Geniş açılış imkanlı qaldır-sür sistemlər
✔ Fərdi dizayn, rəng və ölçü seçimləri
✔ Asan qulluq və uzunmüddətli istifadə

Elə indi sifariş verin!

Məkanınızı daha işıqlı, geniş və müasir etmək üçün bizimlə əlaqə saxlayın. Peşəkar komandamız sizin üçün ən uyğun həlli təqdim etsin. Pulsuz ölçü götürmə və məsləhət xidmətimizdən yararlanın – rahatlığınızı bizə həvalə edin!

ALÜMİNİUM FASAD SİSTEMLƏRİNİN İSTEHSAL VƏ QURAŞDIRMA İŞLƏRİ:

Alüminium işlərində, aşağıdakı məhsulları yüksək səviyyədə fabrikimizdə istehsal edib, quraşdırma işini həyata keçiririk.

Alüminium istehsalı və quraşdırma işlərinin qiymət təklifini almaq üçün, layihə sənədlərini bizə mail ilə göndərin.

Məkan daxili şüşələr

Ofis və mənzil daxili şüşə işlərimiz

  • Şüşə qapılar
  • Şüşə məhəccərlər
  • Şüşə arabölmələr
  • Pilləkan şüşələri

 

 

hand and computer rendered image

CONSALTİNQ XİDMƏTİMİZ

  • Fasad sistemlərinin layihələndirilməsi
  • Fasad sistemlərinin mühəndislik hesablamaları
  • Layihələrin texniki optimizasiyası və sifarişləri
  • Layihələrə mühəndislik və keyfiyyət nəzarəti
  • İstehsal və material sənədlərinin hazırlanması

Fasad sistemləri üzrə konsaltinq xidmətimiz layihələrin ilkin mərhələsindən başlayaraq tam icrasına qədər bütün texniki prosesləri əhatə edir. Məqsədimiz yalnız estetik deyil, eyni zamanda funksional, təhlükəsiz və uzunömürlü fasad həlləri təqdim etməkdir.

Layihələndirmə mərhələsində konstruktiv sistem seçimi, material uyğunluğu və texniki detalların düzgün qurulması təmin edilir. Paralel olaraq mühəndislik hesablamaları aparılaraq külək yükləri, statik dayanıqlılıq və enerji səmərəliliyi kimi vacib göstəricilər nəzərə alınır.

Bundan əlavə, layihələrin texniki optimizasiyası həyata keçirilir, düzgün material seçimi və istehsal prosesinə uyğun həllər təklif olunur. İcra mərhələsində isə mühəndis nəzarəti və keyfiyyətə nəzarət vasitəsilə sistemin standartlara uyğunluğu təmin edilir.

Nəticədə, sifarişçi həm texniki baxımdan düzgün, həm də iqtisadi cəhətdən optimal fasad həlli əldə edir.