Consultasiya Xidməti

Konsultasiya xidmətimiz

LAYİHƏLƏRİN İDARƏEDİLMƏSİ

ARCHINEM, fasad sistemləri üzrə layihələrin idarə olunmasını mühəndislik prinsiplərinə əsaslanaraq kompleks və sistemli şəkildə həyata keçirir. Layihə idarəetməsi prosesində əsas məqsəd layihənin texniki tələblərə, memarlıq konsepsiyasına və müəyyən edilmiş vaxt qrafikinə uyğun şəkildə yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etməkdir.

Xidmətlərimiz aşağıdakılardır:

Fasad sistemlərinin layihələndirilməsi:
– Fasadda yer alan materialların detallı layihələrinin hazırlanması
– Material həcmlərinin və istehsal formalarının hazırlanması
– İşçi layihələrin, istehsal optimizasiyasının hazırlanması
– Sifarişlərin hazırlanması
– İstehsala nəzarət
– Quraşdırmaya nəzarət

Fasad sistemlərinin hesablamaları
– Alüminium cəbhə, pəncərə, qapıların, fasad üzləmə materiallarının alt konstruksiyası üçün material və qiymət hesablamaların aparılması.

Layihələrin texniki optimizasiyası və sifarişləri
– Fasad materiallarında lazım olan optimizasiyalarının hazırlanması, sifariş sənədlərinin hazırlanması və istehsal layihələrinin verilməsi.

Layihələrə mühəndislik və keyfiyyət nəzarəti
– Həm istehsalda həm də quraşdırma zamanı, işçi və mühəndis heyətinin təlimatlandırılması, görülən işlərə nəzarət və keyfiyyət kontrolu.