İstehsal və Quraşdırma

İstehsal və Quraşdırma

İSTEHSAL VƏ QURAŞDIRMA İŞLƏRİ

Şirkətimiz alüminium fasad sistemlərinin istehsalı və quraşdırılması sahəsində kompleks xidmətlər təqdim edir. Biz, etibarlı təchizatçılardan əldə olunan yüksək keyfiyyətli alüminium profillərin layihəyə uyğun emalı və montajı ilə məşğuluq.


İŞ PROSESİMİZ

1. Materialların təchizatı
Yüksək standartlara cavab verən alüminium profillər və komponentlər seçilərək istehsalata yönləndirilir.

2. Fabrikdə dəqiq emal
Müasir CNC avadanlıqları ilə kəsim, deşmə və digər texniki əməliyyatlar yüksək dəqiqliklə həyata keçirilir.

3. Formalaşdırma və yığım
Profillər layihəyə uyğun olaraq pəncərə, qapı, fasad panelləri və digər konstruksiyalara çevrilir.

4. Keyfiyyətə nəzarət
Hər mərhələdə məhsulların texniki standartlara uyğunluğu yoxlanılır.

5. Daşınma və logistika
Hazır məhsullar təhlükəsiz şəkildə qablaşdırılaraq obyektə çatdırılır.

6. Quraşdırma (montaj)
Peşəkar komandamız tərəfindən sahədə dəqiq və təhlükəsiz montaj işləri aparılır.

7. Təhvil və istismara hazırlıq
Görülən işlər, tam hazır vəziyyətdə sifarişçiyə təqdim olunur.