Layihələrin idarə edilməsi

ARCHINEM, fasad sistemləri üzrə layihələrin idarə olunmasını mühəndislik prinsiplərinə əsaslanaraq kompleks və sistemli şəkildə həyata keçirir. Layihə idarəetməsi prosesində əsas məqsəd layihənin texniki tələblərə, memarlıq konsepsiyasına və müəyyən edilmiş vaxt qrafikinə uyğun şəkildə yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etməkdir.

Xidmətlərimiz aşağıdakılardır:

Fasad sistemlərinin layihələndirilməsi:
– Fasadda yer alan materialların detallı layihələrinin hazırlanması
– Material həcmlərinin və istehsal formalarının hazırlanması
– İşçi layihələrin, istehsal optimizasiyasının hazırlanması
– Sifarişlərin hazırlanması
– İstehsala nəzarət
– Quraşdırmaya nəzarət

Fasad sistemlərinin mühəndislik hesablamaları
– Alüminium cəbhə, pəncərə, qapıların, fasad üzləmə materiallarının alt konstruksiyası üçün statik hesablamaların aparılması.

Layihələrin texniki optimizasiyası və sifarişləri
– Fasad materiallarında lazım olan optimizasiyalarının hazırlanması, istehsal xərclərinin azaldılması və sifariş sənədlərinin hazırlanması.

Layihələrə mühəndislik və keyfiyyət nəzarəti
– Həm istehsalda həm də quraşdırma zamanı, işçi və mühəndis heyətinin təlimatlandırılması, görülən işlərə nəzarət və keyfiyyət kontrolu.